“Səhiyyənin Təminat Mərkəzi” “Zeytun Pharmaceuticals” ilə 11.6 milyon manatdan çox müqavilə imzalayıb.
Banker.az xəbər verir ki, Səhiyyə Nazirliyinin “Səhiyyənin Təminat Mərkəzi” Publik Hüquqi Şəxsi uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair keçirdiyi iri tender müsabiqəsinə yekun vurub.
Satınalma müsabiqəsinin qalibi “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Müqaviləyə əsasən, qalib şirkət 2023-2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair “Pnevmokok” (PCV13) vaksininin satın alınmasını təmin edəcək.
Tərəflər arasında bağlanmış müqavilənin ümumi maliyyə dəyəri 11 628 900 manat təşkil edir.







