ABŞ prezidenti Donald Tramp ölkənin Ümumdünya Səhiyyə Təşkilatından rəsmi olaraq çıxdığını elan edib.
Banker.az xəbər verir ki, bu barədə öz “Twitter” hesabında Nyu-Cersi ştatının senatoru Bob Menendez məlumat verib.
Senator qeyd edib ki, qərar “pandemiya dövründə” qəbul edilib və xaotik xarakter kəsb edir. “Bu, amerikalıların həyatını və maraqlarını qorumayacaq. Əksinə, onları xəstəlik içində qoyacaq”, – Menendez söyləyib.
CNN kanalının verdiyi məlumata görə, qərar 2021-ci il 6 iyul tarixində qüvvəyə minəcək.
Xatırladaq ki, Donald Tramp ÜST-ni hələ aprel ayında tənqid etməyə başlamışdır. Onun fikrincə, təşkilat koronavirus infeksiyasının yayılması ilə yetərli mübarizə aparmır. Nəticədə, prezident ABŞ-ın ÜST-ni bir daha maliyyələşdirməyəcəyini açıqladı.