“Epidemiyalarla mübarizədə birinci silah karantin olub”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
Şöbə müdiri deyib ki, bu gün rayonlara getməklə bağlı suallara daha çox rast gəlinir: “Bu xəstəliyin inkubasiya dövrü 14 gündür. Hər hansı şəxs özünü sağlam hiss edib, rayona gedə, insanları yoluxdura bilər”.
Y. Qarayeva qeyd edib ki, xarici ölkələrdən son günlərdə Azərbaycana çoxlu sayda həkim qrupu gəlir: “Həmin həkimlərlə təcrübə mübadiləsi aparırıq. Bu xəstəlik yenidir, formalaşmış protokol yoxdur. Hansı bölgədə hansı müalicə protokolu yaxşı təsir göstərib, təcrübə mübadiləsi aparılır”.