Ötən gündən etibarən Gürcüstanda mədəni tədbirlərə açıq havada icazə verilir.
Banker.az xəbər verir ki, bu barədə hökumət qərar qəbul edib.
Hökümətin qərarından sonra baş nazir Giorgi Qaxaria açıqlama edib:
“Gürcüstan hökumətinin qəbul etdiyi yeni bir qərar, Bazar ertəsi, yəni bu gündən etibarən açıq ərazilərdə mədəni tədbirlərə qoyulan qadağanı ləğv edir. Düşünürəm ki, xüsusilə indi yaz aylarında daxili turizmin getdikcə daha çox əhəmiyyətli olduğu bir zamanda bu çox vacib bir qərardır”, – deyə baş nazir bildirib.
Xatırladaq ki, burada açıq havada toylara hər hansı icazənin verilməsi qeyd olunmur. Lakin ölkənin Səhiyyə Nazirliyi və Baş epidemoloqları toy kimi mərasimlərdən çəkinməyi tövsiyyə edir.