Azərbaycanda supermarketlər şəbəkəsinin sahibi müflis “Easypay” MMC-ni məhkəməyə verir.
Banker.az xəbər verir ki, bu “Rahat” supermakrektlər çəbəkəsinin sahibi “ANC Group” MMC-dir.
Bakı Kommersiya Məhkəməsinə edilən müraciətdəki iddi budur ki, ödəniş terminallarının sahibi “Easypay” “ANC Group”a 27 298 manat icarə haqqının və icarə haqqının vaxtında qaytarılmamasınacgörə 1 722 manat pul vəsaitin verilməlidir.
Lakin, kommersiya məhkəməsi isə, sənədlərlə bağlı yanlışlıq olduğundan iddiaçının ərizəsini geri qaytarıb.
“Easypay”ın ödəniş terminalları kommunal, telekommunikasiya, sığorta və digər xidmətlərə görə ödəniş həyata keçirməyə imkan verirdi.