7 C
Baku
Thursday, December 12, 2024

“Azərbaycanın ərazi bütövlüyü İranın regional strategiyasıdır”

İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi ilə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev arasında telefon danışığı olub.

Mahmud Vaezi bildirib: “Ölkələrin, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması İran İslam Respublikasının regional strategiyası olub və olacaq. Tehran-Bakı münasibətlərinin hərtərəfli inkişafı, gücləndirilməsi və möhkəmləndirilməsi istiqamətində səylərin zəruriliyinə təkid edirik”.

Prezident Administasiyasının rəhbəri iki ölkə əlaqələrinin müxtəlif sahələrdə genişləndirilməsi istiqamətində səylərin zəruriliyinə işarə edərək deyib: “Qonşular ilə əlaqələrin inkişafi İranın xarici siyasətinin əsas prinsiplərindən hesab olunur və bu sahədə Tehran-Bakı hərtərəfli əməkdaşlıqlarının və münasibətlərinin daha da inkişafına, güclənməsinə, möhkəmlənməsinə hazırıq”.

Prezident Administrasiyasının rəhbəri vurğulayıb ki, İran məsələlərin və ixtilafların siyasi həll yolları və müzakirələrlə həllinə daim təkid edir və yaranmış problemin güc tətbiq etmədən həll olunacağına ümid edir.

Öz növbəsində Şahin Mustafayev İran dövlətinin və xalqının baş verən hadisə ilə bağlı başsağlığına görə təşəkkür edib: “İranın ölkələrin, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasına münasibətdə mövqeyi daim ehtirama layiq olub”.

Baş Nazirin müavini həmçinin iki ölkə arasında hərtərəfli əməkdaşlıqların və münasibətlərin inkişafına münasibətdə İranın səylərinə görə təşəkkür edərək, iki ölkə rəsmilərinin bu istiqamətdə daha çox səylərinin zəruriliyinə təkid edib”.

Tərəflər koronavirus pandemiyasının mövcudluğuna baxmayaraq, iki ölkənin ticarət mübadiləsinin bərqərar olunmasına işarə edərək, sərhədlərin açıq olması üçün rəsmilərin səylərindən, eləcə də son aylarda iki ölkənin ticarət mübadiləsinin 14% artdığından məmnunluq ifadə ediblər.

Vaezi və Şahin Mustafayev həmçinin İran və Azərbaycan rəsmilərinin avtomobil və dəmir yolu əlaqələrinin genişləndirilməsi, Şimal-Cənub dəhlizinin təkmilləşdirilməsi ilə bağlı iki ölkənin müştərək sərhəddində fikir mübadiləsi, danışıqlarına işarə edərək, münasibətlərin və əlaqələrin korona xəstəliyinin yayılmasından əvvəlki vəziyyətə tezliklə qayıtmasına ümid ifadə ediblər.

Son xəbərlər
Digər xəbərlər