İŞÇININ VƏZIFƏSI:
- İdarəetmə sahəsində
- Bütün müvafiq məlumatları nəzərdən keçirdikdən sonra fərdi kredit ərizələri üzrə Kredit Komitəsinə uyğun yazılı rəy vermək;
- Tələb olunan hesabatları hazırlamaq;
- Prosedur qaydaları ilə tələb olunduğu kimi kredit portfelinin yüksək keyfiyyətini saxlamaq;
- Meneceri tərəfindən tələb olunanda yığıncaqlarda iştirak etmək;
- Kredit komitələrinə rəhbərlik etmək;
- Qızıl qəbulu prosesində iştirak etmək və qızıl qəbulu və qaytarılması aktlarını şirkət adından imza və möhürlə təsdiq etmək;
- Tabeçiliyində olan heyəti idarə etmək;
- Tabeçiliyində olan bütün kredit mütəxəssislərinin müştərilərinə vizitlər etmək;
- Kredit almış müştərilərin biznesinə və ya evlərində monitorinqlər aparmaq;
- Ehtiyac olduqda Filialın menecerini əvəz etmək;
- İşçilərin İllik qiymətləndirmə prosesində iştirak;
- Müştəri və portfelin kəmiyyətini və keyfiyyətini hədəfə uyğun təmin etmək.
- Nəzarət sahəsində
- Tabeçiliyində olan işçilərin monitorinq planını birlikdə tərtib etmək və planın yerinə yetirilməsinə nəzarət etmək;
- Qaytarılmayan kreditlər üçün şəxsi məsuliyyət daşımaq və yığım üçün bütün mümkün məsələləri Filial meneceri və Kredit mütəxəssisləri ilə birgə işləyərək həll etmək;
- Hər hansı bir potensial problem barəsində menecerinə vaxtında məlumat verir, lazımi tədbirlərin görülməsi üçün yarana biləcək istənilən problem barəsində xəbərdarlıq etmək;
- Vaxtında vizitlər təşkil etmək və kreditin təsdiqinin icrasına nəzarət və dolayı qiymətləndirmək;
- Məlumat İnformasiya sistemində müştəri ərizəsi əsasında daxil olunan məlumatları yoxlayaraq təsdiqləmək;
- Məlumat İnformasiya sistemində günlük maliyyə əməliyyatlarını təsdiqləmək;
- Yeni kredit məhsullarının inkişafına uyğun təyin olunan bazar ərazilərində yeni məlumatı toplanmaq, yığmaq və qiymətləndirmək;
- Vaxtı-vaxtında ödənişlərin təmin edilməsi üçün mütəmadi olaraq müştəriyə baş çəkərək, müştərilərin biznes inkişafını nəzarətdə saxlamaq və müştərilərin davamlı ehtiyacları üçün biznes məsləhəti və dəstəyini həyata keçirmək;
- Gözlənilə bilən risklərin aradan qaldırılması, qarşısının alınması yollarını müzakirəyə çıxarmaq və həllinə nail olmaq.
- Təşkilatçılıq sahəsində
- İnformasiyanın yayılması yolu ilə, bazarlara vizit etməklə potensial müştəriləri axtarmaq və müəyyən etmək;
- Potensial müştəriləri aktiv olaraq kredit götürmə ərizələrini doldurmağa cəlb etmək və onları kredit götürmə prosesi barədə məlumatlandırmaq;
- Qrupların formalaşmasına yardım etmək;
- Filialın prosedur qaydalarına əsasən müştərilərin ərizə ilə müraciətini təmin etmək;
- Müştərinin ödəniş qabiliyyətinə uyğun kredit məhsulu barədə müştərilərə məlumat verərək izah etmək;
- Hərtərəfli kredit və biznes analizini təhlil etmək;
- Müştərilərə kreditdən uyğun istifadəni təmin etməyi öyrətmək;
- Biznes Planın inkişaf etdirilməsində müştərilərə yardım etmək;
- Kreditin təsdiqi və paylanması üçün lazımi sənədləri hazırlamaq;
- Vaxtlı-vaxtında ödənişin edilməsinin və ümumiyyətlə ödəniş cədvəlinin əhəmiyyətinin müştəri tərəfindən tam başa düşülməsini təmin etməklə müştərilərə kredit müqaviləsinin bütün şərtlərini izah etmək.
- Əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində
- Təhlükəsizlik texnikası haqda, mövcud avadanlıqlardan istifadə barədə təlimatlara əməl etmək;
- İş prosesində xəsarət və peşə xəstəliklərinin yaranma halları olduqda , bu barədə rəhbərinə dərhal məlumat vermək və həmin halların aradan qaldırılması üçün profilaktik tədbirlərdən istifadə etmək;
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatların tələblərinə riayət etmək;
- Binanın, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə əməl etmək;
- İş yerində sanitariya-gigiyena şəraitinin normativlərə əməl etmək;
- Sanitariya-məişət və müalicə-profilaktik xidmətlərdən istifadə, sığortalanmaya əməl etmək və sığorta xidmətlərindən istifadə barədə təlimatlanmaq və təlimata uyğun hərəkət etmək;
- Optimal əmək və istirahət rejiminə riayət etmək.
TƏLƏBLƏR:
- İqtisadiyyat, idarəetmə və biznes və ya maliyyə-kredit sahəsində ali təhsil;
- Müvafiq sahədə ən azı 2 il təcrübəyə malik olmaq;
- Vəziyyəti düzgün qiymətləndirmək və qərar qəbul etmək;
- Fərdi və komanda şəklində işləmək;
- Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq;
- İngilis dilindən müəyyən səviyyədə biliklərə malik olmaq;
- Kompüterdə, Outlook, MS Word və Excel proqramlarında işləmək;
- Sürücülük bacarığı.
AzərKredit rəqabətli bir mühitdə fəaliyyət göstərir və təşəbbüskar, daim inkişafda olan dinamik namizədlər axtarışındadır. Yuxarıdakı tələblərə cavab verən maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini və maraqlarını ifadə edən müraciətlərini 30 sentyabr 2014-cü il tarixinədək AzərKredit-in Salyan filialının ofisinə təqdim etsinlər və ya aşağıdakı e-ünvana göndərsinlər. İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləməklə əldə edə bilərsiniz.
Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Salyan filialına Kredit Meneceri). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
E-ünvan: [email protected]
Faks: (+994 12) 597 30 39