Tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 327,6 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz azalıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Tikinti gipsinin istehsalı 2,1 dəfə, tikinti kərpicinin istehsalı 15,1 faiz, hörmə
üçün hazır beton qarışığının istehsalı 3,6 faiz artmış, sementin istehsalı 2,4 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 26,7 faiz, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 41,1 faiz, tikinti əhənginin istehsalı 41,3 faiz, asfaltın istehsalı 41,5 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı isə 64,5 faiz azalıb.
2020-ci ilin yanvar-iyun aylarında 1570,2 min ton sement istehsal edilib ki, bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4% azdır.