6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda 24 həkim koronavirusdan ölüb – SİYAHI

Laçın Mərkəzi Rayon Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin müdiri Orxan Cəbrayıl “Facebook” hesabında koronavirusdan ölən həkimlərin adlarını açıqlayıb.

“COVID-19 virusu ilə mübarizədə itirdiyimiz həkimlər.

Bütün həkimlərimizə, o cümlədən COVID-19 virusundan vəfat edən digər tibb işçilərinə və vətəndaşlarımıza Allahdan rəhmət diləyirəm.

1. Əhməd Şirinzadə – Sumqayıt Ruhi-Əsəb Xəstəlikləri Dispanserinin həkimi;

2. Kəmalə Dəhqani – Gəncə şəhəri, uşaq nevroloqu;

3. Kamil Əliyev – Astara MRX, cərrah;

4. Mehman Hüseynov – Gəncə, ortoped-travmotoloq:

5. Ceyhun Hacıyev – Bakı, anestezioloq-reanimatoloq;

6. Faiq Yusifov – Respublika Angioloji Mərkəzin baş mütəxəssisi, damar cərrahı;

7. Fərman Süleymanov – Sumqayıt Şəhər Xəstəxanasının həkimi;

8. Faiq Ağayev – Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu;

9. Fikrət Namazov – ATU-nun Onkologiya kafedrasının onkoloqu;

10. Rəna Məmişova – Mingəçevir Şəhər Xəstəxanasının Reanimasiya Şöbəsinin həkimi;

11. Zakir Xəlilov – Bakı şəhər TTYS-nın həkimi;

12. Qəşəm Hüseynov – Bakı şəhər TTYS-nın həkimi;

13. Surxay Quliyev – Gəncə şəhər TTYS-nın həkimi;

14. Surət Abbasov – Gəncə şəhər TTYS-nın həkimi;

15. Cəmşid Abbasov – Gəncə şəhər TTYS-nın həkimi;

16. İbadət Ağayev – Cəlilabad TTYS-nın həkimi;

17. Ruhiyyə Kərimova – Bakı, kardioloq;

18. Tərlan Hüseynli – Mingəçevir, stomatoloq;

19. Gülnarə Xəlilova – Mərdəkan 26 saylı Birləşmiş Xəstəxana, pediatr;

20. Kərəm Yaqubov – Kliniki Tibbi Mərkəz, həkim-reanimatoloq;

21. Ulduz Əhmədova – Yevlax rayonu Havvarı Kənd Xəstəxanasının Baş həkimi;

22. Fəxrəddin Məmmədov – Sumqayıt şəhər 5 Saylı Uşaq Poliklinikası, rentgenoloq;

23. Sədaqət Həsənova – Bakı ş. N.Nərimanov adına 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının pediatrı;

24. Əlipənah Qarayev – Mingəçevir Şəhər Xəstəxanası, ortoped-travmatoloq.

Qeyd edək ki, koronavirusdan ölən həkimlər arasında Tahir Bababəyli (İstanbul, Başakşehir Kayabaşı mahallesi) də var.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər