Bunu Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsimov brifinqdə bildirib.
“Yalnız son 4 gün ərzində yoluxmaların sayı azalır. Başqa ölkələrdə də vəziyyət fərqli deyil. Koronavirus rus yaş, cins tanımır. Biz daim başqa ölkələrin təcrübəsini öyrənirik. Əsas erkən müəyyən olunma, izolyasiyadır.
Biz epidemiyanın böyük sürətlə yayılmasını istəmiriksə, yoluxan insanları mümkün qədər tez müəyyən etməli, o cümlədən kontaktda olduğu insanları müəyyən edərək, təcrid etməliyik. Tutaq ki, hansısa binada yoluxma aşkarlanırsa, həmin binanı karantinə almalıyıq. Bütöv şəhərdənsə, bir binanın təcrid olunması daha yaxşı yoldur.
Bunun üçün müasir təcrübə öyrənilir və daha yaxşı addımlar atılacaq” – deyə Şahmar Mövsümov bildirib.