17 C
Baku
Thursday, October 17, 2024

“Instagram” bir sıra ölkələrdəki istifadəçilərə profillərində ianə toplamağa icazə verdi

“Instagram” ABŞ və bir sıra digər ölkələrdəki istifadəçilərə profillərində ianə toplamağa icazə verib. Banker.az xəbər verir ki, bu xidmət yaşı 18-dən yuxarı olan istifadəçilər üçün əlçatan olacaqdır.

İanə toplamaq istəyən şəxs hədəf seçməli, şəkil əlavə etməli və qısa təsvir yazmalıdır. Bundan sonra sosial şəbəkə məlumatı yoxlayır. Bildirildiyi kimi, kampaniya 30 gün davam edir, lakin istifadəçi bu müddəti uzada bilər. Bütün ödənişlər “Stripe” xidməti vasitəsilə həyata keçirilir. Kampaniya sona çatdıqda, toplanan vəsait istifadəçinin hesabına köçürülür.

Qaydalara uyğun olaraq, istifadəçilər biznes, ictimai layihələr, şəxsi təxirəsalınmaz problemlərin həlli bə digər məqsədlə ianə ilə məşğul ola bilərlər.

Hələki bu funksiya yalnız ABŞ, Böyük Britaniya və Hindistanda test edilir. Şirkətin verdiyi məlumata görə, 2020-ci ilin yanvar ayından “Instagram” və “Facebook” istifadəçiləri pandemiya və irqi ayrı-seçkilik ilə mübarizəyə 65 milyon dollar bağışlayıb.

Xatırladaq ki, 2020-ci ilin aprel ayında “Facebook” qeyri-kommersiya təşkilatları üçün vəsait toplamaq imkanını yaratmışdır (Instagram Live).

download 6

Son xəbərlər
Digər xəbərlər