Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Qardabani rayonunda son sutkada koronavirusa 5 yeni yoluxma halı təsdiqlənib.
Bu barədə rayon meri Ramaz Budaqaşvili bildirib.
Onun sözlərinə görə, halların 3-ü Qaracalar, 2-si isə Birlik kəndində qeydə alınıb.
Bununla da, Qardabanidə COVID-19-a yoluxanların ümumi sayı 41-ə çatıb.
Qeyd edək ki, Qaracalar tam təcrid olunub, hüquq mühafizə orqanları kəndə giriş-çıxışa nəzarət həyata keçirir.