12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda bir il ərzində 73 bank filialı bağlanıb

Azərbaycan banklarının filialları və bank şöbələri və ATM sayında son bir ayda artım qeydə alınıb.

Azərbaycan Mərkəzi Bankının icmal göstəricilərinə əsasən, iyun ayında ölkədə bank filiallarının sayı 440 olub. May ayında isə bank filiallarının sayı 439 idi. Belə ki, aylıq müqayisədə bank filialı açılıb. Ötən ilin müvafiq dövründə isə bank filiallarının sayı 513 olub. İllik müqayisədə 73 bank filialı bağlanıb.

Bank şöbələrinin sayı 115-dən 117-yə qalxıb ki, bu da 2 bank şöbəsinin açılması deməkdir. 2019-cu ilin iyun ayında bank şöbələrinin sayı 129 olub. ATM-lərin sayı isə son bir ayda 17 ədəd artmaqla 2569 olub.

Son xəbərlər
Digər xəbərlər