Melburnda (Avstraliya) Kral Hospitalının tibb bacısı Emil Morris özündə koronavirusun nadir simptomunu aşkarlayıb.
Bu barədə “Mirror” xəbər verir.
Məlumata görə, o təcili yardım bölməsində işləyir və bilavasitə COVID-19 pasiyentləri ilə əlaqədə olur. Tibb bacısı bir neçə gün əvvəl əl-ayaqlarında ağrılar hiss edib. Qeyd edilir ki, tibb bacısı iş vaxtının çox hissəsini ayaq üstdə keçirir və yorğunluğa öyrəşib, ancaq bu dəfəki yorğunluq əlamətləri fərqli olub.
Tibb işcisi bununla bağlı rəhbərliyə müraciət edib və ondan koronavirus analizləri götürülüb. Virusla bağlı analizlər müsbət nəticə verib.
Mütəxəssislər bunun təhlükəli infeksiyanın nadir əlaməti olduğunu bildirirlər.