6 C
Baku
Sunday, December 15, 2024

İşsizlikdən sığorta üzrə yığımlarda mühüm artımlar müşahidə edilib

2020-ci ilin ilk 6 ayı ərzində Azərbaycanda 58.5 mln. manatlıq işsizlikdən sığorta üzrə haqlar yığılıb.

Banker.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu da öncəki ilin analoji dövrü ilə müqayisədə 25% artım deməkdir.

Öncəki ilin ilk yarımilliyində işsizlikdən sığorta yığımının həcmi 47 mln. manat idi.

2020-ci ilin 1 iyul tarixinə ölkədə əmək müqavilələrinin sayı 1 milyon 661.7 min ədəd təşkil edib. Koronavirus səbəbindən ölkədə karantin tətbiq edildiyi 3 aya rəğmən bu ilin əvvəli ilə müqayisədə 107.3 min ədədlik artım deməkdir.

Qeyri-neft qeyri-dövlət sektorunda bu göstərici 748.8 minə çataraq ilin əvvəlindən 109.9 min artıb.

Qeyd edilməlidir ki, təkcə iyun ayında qeyri-neft qeyri-dövlət sektorunda əmək müqavilələrinin say artımı 20.7 min təşkil edib.

2020-ci ilin birinci yarımili ərzində məcburi dövlət sosial sığorta ödənişləri üzrə 1 489.4 mln. manat proqnoza qarşı 1 708.2 mln. manat vəsait daxil olmaqla proqnoza 114.7% əməl edilib. Proqnozlaşdırılan məbləğdən artıq toplanan vəsait 218.8 mln. manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər