İkinci rübdə ABŞ iqtisadiyyatında rekord geriləmə qeydə alınıb. Banker.az xəbər verir ki, ölkənin iqtisadi təhlil bürosunun verdiyi məlumata görə, azalma təxminən 33% təşkil edib ki, bu da beş illik iqtisadi artımı məhv edir.
Mütəxəssislər qeyd edirlər ki, ABŞ-ın real ÜDM-si 2020-ci ilin ikinci rübündə 32,9% düşüb.
Bu, ABŞ hökumətinin bu kimi statistikaları toplamağa başladığı 1947-ci ildən bəri rekord azalmadır. Xatırladaq ki, əvvəlki antirekord 1958-ci ilin birinci rübünə təsadüf edir. Həmin ildə ölkə iqtisadiyyatı təxminən 10% kiçilmişdir.