Dövlət Sığorta Nəzarəti Xidmətindən AzərTAc-a bildirilib ki, Maliyyə Nazirliyinin “Sığorta fəaliyyəti sahəsində bir sıra məsələlərin tənzimlənməsi haqqında” 2014-cü il 27 mart tarixli qərarına əsasən sığorta agentləri nazirliyə ildə dörd dəfə hesabat verməlidirlər. Hesabat hər rübün birinci ayının ilk 20 günü ərzində təqdim olunmalıdır və agentlərin ilin əvvəlindən bəri fəaliyyətini əks etdirməlidir.
Sığorta agentləri 2014-cü ilin 9 ayının nəticələri ilə bağlı hesabatı oktyabrın 1-dən 20-dək verəcəklər.