“Koronavirus xəstələri üçün ümumilikdə 10 minə yaxın çarpayı fondu var”.
Bunu jurnalistlərə açıqlamasında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, qarşıdakı günlərdə bu rəqəm artacaq.
“Hazırda Bakıda çarpayıların doluluğu təxminən 30-35 faizə, regionlarda isə 20 faizə qədər enib. Amma reanimasiyalarda çarpayıların doluluq faizi yüksəkdir”, – deyə TƏBİB-in sədri vurğulayıb.
R. Bayramlı bildirib ki, xəstəliyin gedişatı barədə məlumatlar formalaşdıqca, xəstələri daha erkən evə yazmaq olur: “Məsələn, bəzi xəstəxanalarda bu, 7 günə qədər enib. Bəzilərində isə 8-10 gün davam edir” deyən TƏBİB sədri əlavə edib ki, təcrubə artdıqca, bu günlərin sayını daha da aşağı salmaq mümkün olacaq.