13 C
Baku
Saturday, November 23, 2024

“Toyota”nın mənfəəti 53 dəfə azalıb

2021-ci maliyyə ilinin I rübündə (aprel-iyun) “Toyota Motor”un əməliyyat mənfəəti 131,73 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni rübü ilə müqayisədə 98% ( 53,3 dəfə) azdır.

Bu 2011-ci maliyyə ilindən bəri ən aşağı rüblük göstəricidir. Belə bir azalma, COVID-19 pandemiyasının şirkətin satış gəlirlərinin 40,4% azalması fonunda baş verib.

Qeyd edək ki, hesabat dövründə “Toyota Motor” 1,158 mln. ədəd avtomobil satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50% azdır. İstehsalçı satışların 2021-ci ilin yanvar-mart aylarında bərpa olunacağını proqnozlaşdırır.

Son xəbərlər
Digər xəbərlər