Oracle-ın qurucusu Larri Ellison öz şirkətinin səhmlərini satmaq planından bu barədə məlumat ictimailəşdirildikdən cəmi bir gün sonra imtina edib. Bu barədə Bloomberg yazır.
Söhbət Oracle-ın 50 milyonadək səhminin mümkün satışından gedirdi. Bu paket təxminən 7,5 milyard dollar dəyərində qiymətləndirilirdi. Bildirilirdi ki, satış planı hələ iyunun 22-də təsdiqlənib və prosedurun oktyabrın 24-dək başa çatdırılması nəzərdə tutulub.
Şirkət vurğulayıb ki, Ellison Oracle-ın bir dənə də səhmini satmayıb və yaxın gələcəkdə belə bir planı yoxdur. Qərarın dəyişdirilməsi investorların Oracle-ın maliyyə strategiyasına və süni intellekt infrastrukturu üçün həyata keçirdiyi iri həcmli investisiyalara diqqətinin artdığı dövrə təsadüf edib.
Larri Ellison Oracle-ın təxminən 40%-nə nəzarət edir.







