9 C
Baku
Friday, December 13, 2024

“Aeroflot” aviaşirkəti Qazaxıstanın doqquz şəhərinə reysləri ləğv edib

Rusiyanın “Aeroflot” aviaşirkəti avqustun sonunadək Qazaxıstanın doqquz şəhərində beynəlxalq istiqamətlər üzrə müntəzəm reysləri dayandırdığını bəyan edib.

Müvafiq qərar mövcud epidemioloji məhdudiyyətlər nəzərə alınmaqla qəbul olunub.

Aviaşirkət avqustun 31-dək Aktau, Aktobe, Almatı, Atırau, Karaqanda, Kostanay, Qızılorda, Nur-Sultan və Çimkent də daxil olmaqla müntəzəm uçuşlar yerinə yetirməyəcək.

Qeyd edək ki, Qazaxıstandan avqust ayında Tailand və Gürcüstana reyslər açılması planlaşdırılır. Rusiya ilə hava əlaqəsinin bərpasının tarixi hələ açıqlanmayıb.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər