13 C
Baku
Sunday, October 20, 2024

Bu gündən qeyri-ərzaq mağazaları açılır

Banker.az-ın verdiyi məlumata görə, sərt karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin fəaliyyətinə bu gündən icazə verilib. Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektləri və əhaliyə məişət xidmətləri göstərən obyektlər (iri ticarət mərkəzləri istisna olmaqla) 2020-ci ilin avqustun 10-u saat 00.00-dan fəaliyyət göstərə bilər. İri ticarət mərkəzlərinin fəaliyyəti isə bərpa olunmayacaq.

Son xəbərlər
Digər xəbərlər