İndiki dövrdə ətrafımızdakı insanlardan kredit borcu olmayan birini tapmaq çox çətindir. Kredit borcu olmasa belə, ən azınnan hər hansı taksit kart istifadəçisidir.
Biraz maddi vəziyyətində çətinlik yaşayan kimi hər kəsin ağlına ilk olaraq kredit əldə etmək gəlir. Təkcə kredit alaraq problemlərini həll etməyə çalışırlar. Bəzən isə taksit kartlardan istifadə edərək alış-veriş edirlər. Lakin bir nüans var ki, əhali heç özü də bilmədən bankdan asılı vəziyyətə düşür.
Əhalidə bir düşüncə tərzidə mövcüddur ki, əgər kreditini ödəyə bilmirsə, başqa bankdan kredit əldə edib borcunu rahat şəkildə geri ödəyə bilər. Təbii ki, bu sizi müflisliyə aparan səhv bir düşüncədir.
Mütəxəssislərin araşdırmalarına görə isə Azərbaycanda kredit götürənlərin təxminən 37% əvvəl
krediti olmayan şəxslərdir. Həmçinin 2 banka kredit borcu olan şəxslər- 31%, 3 banka kredit borcu olan şəxslər – 19%, 3 və daha artıq banka borcu olanlar isə 13% təşkil edir.
Bəzi banklar kredit üçün müraciət etdiyiniz zaman bir neçə banka borcunuz olduğu üçün sizə kredit verməkdən imtina edirlər. Lakin ölkə bankları içərisində bir neçə bank hətta sırf digər borclarınızı bağlamaq üçün kredit məhsulları təqdim edir.
Kreditinizi borcunu bağıamaq üçün yeni bir kredit əldə etməyin bir neçə mənfi cəhətləri vardır:
- Yeni kredit üçün əlavə faiz ödənilməsi:
- Əldə edəcəyiniz kredit üçün komissiya haqqının tutulması:
- Krediti əldə etmək üçün (məbləğdən asılı olaraq) girovun qoyulması.
Həmin bankların kreditorları öz risklərini yüksək faiz dərəcələri və zəmanət formalaşdırmaqla təzminat edir. Kredit götürən isə krediti ödəyə bilmədiyi halda isə ondan onun girova qoyulmuş mülkiyyətini müsadirə edirlər.
Borclarınızı bağlamaq üçün əldə etmək istədiyiniz kreditin digər mənfi cəhədlərdən biri də sizin nə daha çox məbləğ itirdiyinizdir. Misal üçün sizin əgər 2 və ya 3 banka kredit borcunuz var və yeni bir kredit əldə edərək həmir borcu bağlamaq istəyirsiniz. Siz daha öncə əldə etdiyiniz kreditlər üçün kifayət qədər əlavə faizlər və komissiya haqqı ödəmisiniz. Əldə edəcəyiniz yeni bir kredit üçün də yenə əlavə faiz ödəməli olacaqsınız.
Bütün bunları nəzərə aldığımız zaman isə banklara olan borcunuzu yeni bir bankdan kredit alaraq bağlamağın o qədər də düzgün bir yol olduğunu demək çətindir. Bunun üçün də çalışın kredit borcunuzu mümkün olduğu qədər özünüz ödəyin və heç bir çıxış yolu tapmadığınız zaman ən son variant kimi yola əl atın.