10 C
Baku
Thursday, December 12, 2024

“AtaHolding”in vergi borcu daha da artıb – 900 min manata yaxınlaşıb

17 ildir ki, Azərbaycanda fəaliyyət göstərən “AtaHolding”in dövlət qarşısında vergi borcu daha da artıb.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “AtaHolding”in 9 iyun 2020-ci il tarixinə qədər 795 min 303 manat vergi borcu var idi. Hal-hazırda isə “AtaHolding”in vergi borcu 857 min 403 manat təşkil edir. Belə ki, holdinqin vergi borcu 62 min 100 manat artıb.

Qeyd edək ki, bu borclar barədə son məlumat 18 avqust 2020-ci il tarixinə qədər olandır.

Xatırladaq ki, “AtaHolding” 2003-cü ildən Azərbaycanda fəaliyyət göstərən Şirkətlər Qrupudur. Tərkibində 17 şirkət vardır. Bu holdinqin nizamnamə kapitalı 40 071 816 manatdır və qanuni təmsilçisi Adıgözəl Ağıyevdir.

Son xəbərlər
Digər xəbərlər