Bakı şəhərinə yeni hərbi prokuror təyin edilib.
Bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Baş prokurorun əmri ilə Qarabağ ərazisi üzrə hərbi prokuror, ədliyyə polkovniki Fərid Şükürov tutduğu vəzifədən azad edilərək Bakı şəhər hərbi prokuroru təyin edilib.