14 C
Baku
Monday, May 6, 2024

MİDA Gəncədəki layihəsinə smart sayğaclar alır

Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) Gəncə şəhərində tikilən yaşayış kompleksi üçün smart sayğaclar alır.

Banker.az bu barədə Vahid Satınlama Platformasına istinadən xəbər verir.

Məlumata görə, həmin şəhərdə Azərbaycan Bayrağı küçəsindəki 6.23 ha ərazidə inşa olunan yaşayış kompleksində mənzillər üçün elektrik enerjisi sayğaclarının alınıb quraşdırılması və istismara verilməsi nəzərdə tutulur.

Belə ki, 996 ədəd 1 fazalı smart tipli sayğacların quraşdırılması reallaşdırlacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər