Müvəqqəti olaraq işindən ayrılmış amerikalıların təxminən dörddə biri işdən çıxarılacaq. Banker.az xəbər verir ki, bu barədə “Goldman Sachs”a istinadən “Bloomberg” məlumat verib.
Agentlik vurğulayır ki, pandemiyanın ilk mərhələlərində ABŞ işəgötürənləri 22 milyondan çox insana maaş verməyi dayandırıb. Aprel ayında ABŞ-da təxminən 18 milyon işsiz olub ki, bu da indiyədək qeydə alınan ən yüksək göstəricidir.
İqtisadi fəaliyyət bəpa olunmağa başladıqda, bu insanların bir çoxunun işə qayıtması Amerikanın may, iyun və iyul aylarında əmək bazarında canlanmaya kömək edib. Və 9,2 milyondan çox insanın hələ də müvəqqəti olaraq işsiz olduğunu nəzərə alsaq, bu il bazarda böyük artım gözlənilir.
Eyni zamanda, bank müvəqqəti olaraq işsiz olan insanların yenidən işə qəbul olması perspektivlərinin pisləşməyə başladığını qeyd edir. Belə ki, iyun-iyul aylarında işdən çıxarılanların sayı demək olar ki, iki dəfə artıb. “Goldman Sachs” hesab edir ki, ABŞ hökumətinin dəstəyi zəiflədikcə bu göstərici daha çox artacaq.