14 C
Baku
Sunday, November 24, 2024

Bank rəhbəri prezidentlə görüşdü: “Bizi xilas edin”

Ukrayna böhranı və Qərb ölkələrinin sanksiyaları səbəbindən Rusiyanın ən böyük ikinci bankı olan VTB cari ilin 9 ayı ərzində 26 milyard rubl (674 milyon dollar) itirib.

Axar.az xəbər verir ki, bu barədə Prezident Vladimir Putinlə görüşən bankın idarə heyətinin sədri Andrey Kosti məlumat verib.

Bank rəhbərinin sözlərinə görə, Ukrayna böhranı ucbatından yaranan bu itki gələn il iki dəfə arta bilər.

Görüş zamanı Putin də mövcud problemlərə baxmayaraq, Rusiya banklarının Ukraynada fəaliyyətini davam etdirməsinin vacib olduğunu qeyd edib. Onun sözlərinə görə, əks halda Ukrayna iqtisadiyyatı da zərər görə bilər.

Ukraynada Rusiya banklarının fəaliyyətini davam etdirməsində heç bir problem olmadığını deyən Putin bankların müflis olacağı təqdirdə Ukrayna iqtisadiyyatının 30 faiz geriləyəcəyini qeyd edib: “Bizim banklar Ukrayna bank sektorunun 30 faizini təşkil edir. Banklarımız fəaliyyətini dayandırarsa, Ukrayna iqtisadiyyatı da 30 faiz geriləmiş olacaq”.

Axar.az

Son xəbərlər
Digər xəbərlər