Azərbaycanda bank müştərilərinin sayı 2020-ci ilin iyul ayına 8 milyon 547 min 197 nəfər təşkil edib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
2019-cu ilin eyni dövründə isə bank müştərilərinin sayı 7 milyon 516 min 893 nəfər olub ki, bu da illik müqayisədə bank müştərilərinin 1 milyon 30 min 304 nəfər artması deməkdir.
Cari ilin iyun ayında bank müştərilərinin sayı 8 milyon 465 min 977 nəfər təşkil edib. Belə ki, aylıq müqayisədə 81 min 220 nəfər artıb.
Bank müştərilərindən 8 milyon 434 min 165 nəfəri fiziki şəxslər, 113 min 32 nəfəri isə hüquqi şəxslər olub. Ötən ay ilə müqayisədə fiziki şəxslərin sayı 79 min 569 nəfər, hüquqi şəxslərin sayı 1 min 651 nəfər artıb.
Bu ilin iyul ayında fiziki şəxslərin cari hesablarının sayı 16 milyon 957 min 282, hüquqi şəxslərin cari hesablarının sayı 254 min 262 olub.