6 C
Baku
Sunday, December 15, 2024

ABŞ Çinin 24 şirkətini qara siyahıya salıb

ABŞ-ın Ticarət Nazirliyi Çinin 24 şirkətini qara siyahıya salıb.

Banker.az xəbər verir ki, bu məlumat qurumun rəsmi saytında yerləşdirilib.

“ABŞ-ın Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu Çinin 24 şirkətini qara siyahıya salıb”, – bəyanatda deyilir.

Bildirildiyi kimi, şirkətlər Cənubi Çin dənizində suni adaların qurulmasında iştirak etdiklərinə görə sanksiyalara məruz qalıblar. Bundan əlavə, ölkənin dövlət katibi Maykl Pompeo bu işlərdə iştirak edən Çin vətəndaşlarına qarşı viza məhdudiyyətlərinin tətbiq edildiyini açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər