16 C
Baku
Friday, October 18, 2024

Sığorta ödənişləri 103 534 mln manata çatdı

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 283 256 mln manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 175 447 mln manat yəni 7% çoxdur.

Banker.az Sığorta Maliyyə Nazirliyinə saytına istinadən məlumat verir ki, hesabat dövründə sığorta hadisələri üzrə ödənişlərin ümumi həcmi isə ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 25 688 mln manat və yaxud 33% artaraq 103 534 mln manata çatıb.
Yanvar-aprel aylarında Azərbaycanda bütün sığorta növləri üzrə üzrə yığılmış 283 256 mln manat sığorta haqqının 184 588 mln manatı könüllü, 98 667 mln manatı isə icbari sığortanın payına düşüb.

Daxilolmaların strukturunda ən çox sığorta haqqı «Tibbi sığorta» (49 912 mln manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (45 368 mln manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (20 675 mln manat),
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası” (22 376 mln manat), “Həyatın yaşam sığortası” (36 108 mln manat), “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” (11 409 mln manat) növləri üzrə toplanılıb.

Ödənişlərə gəldikdə, könüllü həyat sığortası üzrə ödənilən vəsaitlərin həcmi 76 072 mln manata bərabər olub. Könüllü qeyri-həyat sığortası üzrə ödənişlər isə 57 526 mln manata çatıb.

Ödənişlərdə ən çox vəsait «Tibbi sığorta» (31 275 mln manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (18 023 mln manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (18 933 mln manat) növləri üzrə ödənilib.

Son xəbərlər
Digər xəbərlər