“Bu və ya digər təhsil müəssisəsində kütləvi yoluxma varsa, uşaqlar məktəbdən valideynlərini, yaşlı insanları yoluxdurursa, həmin məktəbdə distant, onlayn təhsilə keçməyin tərəfdarıyıq ”.
Bunu bu gün COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.
E. Əmrullayev deyib ki, cəmiyyətdə ümumi qaydalara əməl edilməsi təhsil sisteminin daha tez normala qayıtmasına imkan verəcək.
Ramiz Mikayıloğlu