Manipulyatorlar
Bu insanlar manipulyasiya sahəsində əsl mütəxəssisdirlər. Bu insanlar digərlərinin zəif nöqtələrini dəqiqliklə təyin edir və hara zərbə endirməyi yaxşı bilirlər. Onlarla ünsiyyət sizin əminlik və özünə inam hissinizə xələl yetirir. Onlar sizi etmək istəmədiyiniz şeylərə məcbur edə bilirlər. Bu isə sizi şəxsiyyət olaraq məhv edir. Beləliklə, özünüzün deyil bu insanların prioritetləri və fikirləri əsasında yaşamağa başlayırsınız.
“Nərgizlər”
Bu insanlar özlərinin dünyanın mərkəzi olduqlarını hesab etməklərinə vərdiş ediblər. Onlar manipulyatorlar qədər hiyləgər olmasalar da, ətrafdakı insanları idarə etməyə çalışırlar. Sizin maraq və fikirləriniz onlar üçün tamamilə əhəmiyyət daşımır.
Pessimistlər
Bu insanlar həyatdakı yaxşı cəhətləri qiymətləndirməyi bacarmır. Onlara “bu gün necə də gözəl günəşli gündür” desəniz, dərhal “sabah hava yağışlı və soyuq olacaq” cavabını alacaqsınız. Bu insanlar ətrafdakı insanların xoşbəxtliklərini oğurlayırlar. Dünyaya mənfi gözlə baxdıqlarından ətrafdakı insanları da bu mənfiliyə bulaşdırırlar. Onlarla ünsiyyət quraraq siz də hər şeyi “ağ-qara” görməyə başlayırsınız.
İkiüzlülər
Bunlar ətrafa qeyri-səmimilik saçan insanlardır. Onlar sözdə sizi sevdiklərini desələr də, gözləri tamamilə əks fikirdə olduqlarını biruzə verir. Bu insanlarla ünsiyyət faydasız və lazımsızdır. Onların sizə olan isti münasibətinin altında hər hansı bir mqəsədin yata biləcəyini unutmayın.