7 C
Baku
Thursday, December 12, 2024

Pandemiyanın bank sisteminə təsiri üzrə hansı addımlar atılıb?

İİTKM-in departament rəhbəri Ayaz Müseyibov Bank sektorunda gündəmdə olan yeni trendlər haqqında danışıb.

Ayaz Müseyibov qeyd edir ki, cari ildə pandemiyanın bankların kapital dayanıqlığına mənfi təsirlərinin azaldılması məqsədilə prudensial çərçivə nisbətən yumşaldılmış, requlyativ nəzarət prosesləri üzrə güzəştlər verilmiş, kredit ekspansiyasına şərait yaradılması, rəqəmsallaşmanın təşviqi üzrə tədbirləri əhatə edən dəstək proqramı qəbul edilmişdir.

Buna müvafiq olaraq, bank sistemi də yeni şəraitə uyğun fəaliyyətini qura bilmişdir. Həmçinin, pandemiyanın bank sisteminə vurduğu təsir bu istiqamətdə fəaliyyətlərin davam etdiriləcəyini göstərir. Eyni zamanda pandemiyanın yaratdığı yeni paradiqmalar bütün dünya ölkələri üçün rəqəmsal transformasiya istiqamətində daha sürətlə irəliləyən, əsaslı baza bank xidmətlərinə malik, dəyişikliklərə çevik adaptə oluna bilən, proqressiv inkişaf texnologiyalarını ölkəyə transfer edə biləcək bank sistemi dizayn etməyin nə qədər kritik əhəmiyyətə malik olduğunu göstərdi.

Son xəbərlər
Digər xəbərlər