Çin ABŞ-dakı diplomatlara qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını tələb edib. Banker.az xəbər verir ki, bu barədə Çinin ABŞ-dakı səfirliyinin verdiyi açıqlamada deyilir.
Diplomatik nümayəndəlik qeyd edir ki, ABŞ-ın bu qərarı diplomatik və konsulluq münasibətlərinə dair Vyana Konvensiyasını, eləcə də ABŞ-ın əsas dəyərlərini pozur.
“Biz Amerika tərəfini səhvlərini düzəltməyə, bu qərarı ləğv etməyə və Çinin ABŞ-dakı diplomatik və konsulluq işçilərinə vəzifələrini yerinə yetirməsində dəstək və yardım göstərməyə çağırırıq”, – açıqlamada qeyd olunur.
Xatırladaq ki, daha əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo, ABŞ-dakı Çin diplomatlarına qarşı məhdudiyyətlər tətbiq etmək qərarını verib. Onun sözlərinə görə, rütbəsi yüksək olan diplomatlar Amerika rəsmiləri ilə görüşlər keçirmək üçün icazə almalı olacaqlar.