Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gələn il üzrə gəlirlər və xərcləri açıqlanıb.
Bu, Azərbaycanın 2021-ci il üzrə dövlət və icmal büdcələrinin ilkin göstəriciləri layihəsində əksini tapıb.
Layihəyə əsasən, Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri bərabər olaraq 5 146,3 milyon manat məbləğində proqnozlaşdırılır.