“AXA MBASK” Sığorta Şirkəti ASC cari ilin ilk yarımilliyi ərzində 2.12 mln. manatlıq zərər etdiyini açıqlayıb.
2019-cu ilin martından tənzimləyici orqan (həmin vaxt MBNP idi, indi AMB) “AXA MBASK”nın sığorta fəaliyyətinə verilmiş lisenziya məhdudlaşdırılıb. Fəaliyyətinə qoyulan lisenziyadan sonra sığorta şirkəti 4.02 mln. manatlıq zərər açıqlamışdı.
Sığorta şirkəti 2020-ci ilin ilk 6 ayı ərzində 1.28 mln. manatlıq cəmi gəliri olub. Halbuki, ötən ilin eyni dövründə bu rəqəm 11.35 mln. manat idi.
Bunun qarşılığında cari ilin xərcləri isə 3.41 mln. manat olub.
Hazrıda sığorta şirkətinin bəyan etdiyi göstəriciyə görə, balansındakı illərin yığılmış zərərinin həcmi 9.43 mln. manata yüksəlib.
Xatırladaq ki, AXA MBASK-ın səhmdarının qərarına əsasən nizamnamə kapitalı 20.53 mln. manata qədər azalıdılıb.