16 C
Baku
Monday, October 28, 2024

Satışları azalan mikrobizneslər nağdsız ödənişlərdən “qaçıblar”

KORONAVİRUS PANDEMİYASI SƏBƏBİNDƏN sərt karantinin tətbiq edildiyi Azərbaycanda 2020-ci ilin ikinci rübü ərzində qeydə alınan mikro sahibkarlar üzrə ticarət dövriyyəsi böyük fərqlə kiçilib.

İlin aprel-may ayları ərzində Azərbaycanda mikro sahibkarlıq subyektləri (bütün mülkiyyətlər) üzrə pərakəndə ticarət dövriyyəsi, ƏDV və aksiz vergisi daxil olmaqla 27.09 mln. manat olub. Bu isə ilin ilk rübü ilə müqayisədə düz iki dəfə azaldıb.

Bildirmək istərdik ki, Azərbaycanda cari ilin yanvar-mart ayları üzrə  54.48 mln. manatlıq pərakəndə ticarət dövriyyəsi qeydə alınmışdı. Bu da ilin ilk 6 ayı ərzində cəmi  81.57 mln. manat olması deməkdir.

Sərt karantinin tətbiq edildiyi aylarda Azərbaycanda mikro sahibkarların nağdsız ödənişlərə marağı daha kəskin şəkildə düşüb. Məsələn, 2020-ci ilin ikinci rübü ərzində Azərbaycanda mikro sahibkarlar  1.77 mln. manat ərzaq, içki və tütün məlumatları üzrə əhaliyə məhsul satıb, bu birinci rübdə 4.98 mln. manat idi. Bu barədə Banker.az Dövlət Statistika Komitəsinin göstəricilərinə istinad edir.

Digər tərəfdən, mikro sahibkarlar əhaliyə cəmi 123.30 min manatlıq e-ticarət üzərindən mall-məhsul satıb, bu ilk rübdə 134.5 min manat idi.

Eyni ilə bu sahibkarların əhaliyə pərakəndə ticarət etdiyi məhsulların POS terminallar vasitəsi ilə dövriyyəsi də azalıb. Məsələn, ilin ilk rübündə əhaliyə mikro sahibkarlar  10.74 mln. manatlıq POS terminallarla məhsul satıb, amma bu ikinci rübdə 27 dəfə azalmaqla  431 min təşkil edib.

Bunun səbəbini ikinci rübdə əksər kafe, restoran, bir sıra turizm subyektləri və digər xidmət sahələrinin fəaliyyətində yaranmış məhdudiyyətlərin təsirini göstərmək olar.

 1-ci rüb   2-ci rüb   İlk yarəmillik
Pərakəndə ticarət dövriyyəsi, ƏDV və aksiz vergisi daxil          54,480.90          27,092.90          81,573.80
ərzaq malları, içkilər və tütün məmulatları üzrə            4,981.90            1,767.90            6,749.80
elektron ticarət üzrə                134.50                123.30                257.80
POS – terminal vasitəsilə ödənişlər üzrə          10,744.00                431.20          11,175.20
Son xəbərlər
Digər xəbərlər