“Apple” şirkəti Sinqapurda su üzərində yerləşən ilk mağazasının interyerini nümayiş etdirib. Banker.az “The Verge”yə istinadən məlumat verir ki, bu mağaza ölkədə sayca 512-cidir.
Mağazanın adı “Apple Marina Bay Sands”dır, onun açılış mərasimi sentyabrın 10-da planlaşdırılır. Ümumilikdə, kürə 114 dənə ayrı-ayrı şüşə panelindən ibarətdir.
Mərkəzi zalda təqdimatlar üçün nəzərdə tutulmuş ekran, o cümlədən istirahət zonası yerləşdirilib.
Sualtı otaq əsasən təlim ilə maraqlanan təşəbbüskarlar və inkişafetdiricilər üçün nəzərdə tutulub. Şirkətin verdiyi məlumata görə, “Apple Marina Bay Sands”da müxtəlif dillərdə danışan 148 işçi çalışacaq.