ABŞ prezidenti Donald Tramp yenidən Birləşmiş Ştatlarda koronavirusdan yüksək ölüm faizinə görə məsuliyyəti üzərinə götürməkdən imtina edib.
Bu barədə “RİA Novosti” xəbər verir.
Ağ Ev rəhbəri əmindir ki, əgər onun administrasiyasının hərəkətləri olmasaydı, “milyonlarla insan ölərdi”.
“Düşünürəm ki, əgər biz onu etməsəydik, milyonlarla insan ölərdi. Biz ölkəni bağladıq, biz bunu çox effektiv etdik, iş gördük, bu dəhşətli xəstəlik haqqında bütün dünya ilə birlikdə bildik”, – Tramp jurnalistlərə deyib.
“Düşünürəm ki, istənilən mövqedən biz inanılmaz iş gördük. Biz heç kimi itirməməli idik, amma Çin nə isə buraxdı, onlara bunu etməyə icazə verilməyib, bu Çindən çıxdı, Avropaya və bütün dünyaya düşdü. Bu olmamalı idi”, – ABŞ prezidenti əlavə edib.