1 C
Baku
Saturday, December 14, 2024

Respublika resesiya yaşadığı vaxta, Naxçıvan iqtisadiyyatı böyüyüb

Azərbaycandan fərqli olaraq Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı (ÜDM) böyüyüb.

Cari ilin ilk 8 ayı ərzində muxtar respublikanın iqtisadiyyatının 1 milyard 840.98 milyon manat təşkil edib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 0.7% həcmində artım deməkdir.

Naxçıvanda adambaşına düşən ÜDM (ümumi daxili məhsul) 3 999.5 manat olub. Bu isə illik müqayisədə 1.4% artım olması deməkdir. Bu respublikada hələ ilin 7 ayı üzrə adambaşına 4 015.1 manat idi.

Müqayisə üçün bildirək ki, Azərbaycanın ilin ilk yeddi ayına göstəricisində iqtisadiyyatında həcmi 2.7%-lik ressesiya (azalma) qeydə alınıb, adambaşına düşən gəlirlərin həcmində 3.5% geriləmə olub. İqtisadiyyat Nazirliyinin 2021-ci il üzrə dövlət büdcəsi üçün ilkin göstəricilərinə istinad etsək, neftin qiymətinin “ən yaxşı halında” Azərbaycanın ümumi iqtisadiyyatı üçün ressesiya qaçılmazdır.

Muxtar respublikanın Dövlət Statistika Komitəsi digər bir hissədə açıqlayıb ki, Naxçıvanda ilin 8 ayı ərzində 758.42 mln. manatlıq sənaye məhsulu istehsal edilib, ötən ildəki analoji dövrün göstəricisindən 1% artıb.

Muxtar respublikanın kənd təsərrüfatı istehsalı illik müqayisədə 3.5% artımla 323.77 mln. manat, informasiya və rabitə xidmətləri 4.5% artımla 37.13 mln. manat (bunun da, 29.37 mln. manatını mobil rabitə təşkil edib) olmuşdur.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər