İsrail ümumi karantin tətbiq edib

İsrailin baş naziri Binyamin Netanyahu ölkədə üç həftəlik ümumi karantin tətbiq edildiyini açıqlayıb. Qeyd edildiyi kimi, özünütəcrid rejimi sentyabrın 19-dan qüvvəyə minəcək.

Banker.az bu barədə “Ria.ru”ya istinadən xəbər verir.

“Bu gün hökumət iclasında karantini daha üç həftəyə uzatmaq qərarına gəldik”, – deyə Netanyahu İsrail televiziya kanalları tərəfindən yayımlanan mətbuat konfransında bildirib.

Verilən məlumata görə, karantin rejimi dedikdə, təhsil müəssisələrinin bağlanması, restoran və kafelərin, o cümlədən ofislərin fəaliyyətinin dayandırılması nəzərdə tutulur. Qeyd edək ki, son günlərdə Covid-19 xəstələrinin sayı get-gedə artmaqdadır. Mart ayında, koronavirusun ilk dalğasında yoluxanların sayı gündə min nəfərdən az olub. Mütəxəssislərin fikrincə, ikinci dalğa birincidən bir neçə dəfə güclü olacaq.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər