1 C
Baku
Saturday, December 14, 2024

Virusdan sonra orta aylıq əməkhaqqı 30 manata yaxın azalıb

2020-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 21.7% artıb, amma, son ayda azalma tendensiyası davam edir.

Banker.az Dövlət Statitika Komitəsinə istinadən xəbər verir ki, 1 avqust 2020-ci il tarixinə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 715.4 manatdır.

Bu 1 martda  712.3 manat, 1 apreldə 744.5 manat, 1 mayda 736.2 manat, 1 iyunda 728.9 manat və 1 iyulda 720 manat idi.

Göründüyü kimi Azərbaycanda orta aylıq nominal əməkhaqqı 2020-ci ilin 1 aprelində maksiumum həddi qeydə alınıb. Lakin, ölkədə koronavirus pandemiyası səbəbindən əsaslı azalmalar baş verib. Son bir ayda ölkədə orta aylıq əməkhaqqı  4.6 manat, maksimum hədd (aprel) bu tərəfə isə 29.1 manat azalma baş verib.

Son xəbərlər
Digər xəbərlər