2019-2020-ci tədris ilinin ikinci yarımili ilə bağlı şagirdlərin diaqnostik qiymətləndirilməsi aparılacaq.
Bu barədə Təhsil naziri Emin Əmrullayevin 2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə imzaladığı əmrdə bildirilib.
Əmrdə qeyd edilib ki, 2019-2020-ci tədris ilinin 2-ci yarımilinə dair bütün siniflər üzrə proqram materiallarının şagirdlər tərəfindən mənimsənilməsi vəziyyəti diaqnostik qiymətləndirmə vasitəsilə öyrənilməli və çatışmazlıqlar yeni tədris ilində intensiv tədris yolu ilə aradan qaldırılmalıdır.