Yaponiyanın baş naziri vəzifəsinə hökumətinin baş katibi Yoshihide Suga təyin edilib. Verilən məlumata görə, o, 377 səs, rəqibləri olan sabiq müdafiə naziri Ishiba Shigeru və xarici işlər naziri Kishida Fumio müvafiq olaraq 68 və 89 səs toplayıblar.
Banker.az bu barədə xarici KİV-əistinadən xəbər verir.
“Koronavirus infeksiyasının yayılması fonunda milli böhran kontekstində siyasi boşluğun olması qəbuledilməzdir. Mən Shinzo Abe tərəfindən göstərilən səyləri inkişaf etdirmək niyyətindəyəm”, – deyə yeni baş nazir bildirib.
Xatırladaq ki, sentyabrın 16-da parlamentin fövqəladə iclasında, səhhəti ilə əlaqəli problemlərə görə vəzifəsindən istefa verən Shinzo Abe-ni əvəz edəcək yeni baş nazirin namizədliyinə səsvermə planlaşdırılır. Bildirildiyi kimi, səs çoxluğu ilə seçilən Yoshihide Suga-nın rəhbərlik edəcək.