İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi “Akhundoff A” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə inzibati binasının qarşısında olan şəlalə sisteminin texniki təminatı və parkın abadlaşdırılması xidmətinin yerinə yetirilməsi nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği 5 min 810 manatdır.
Bildirək ki, qalib şirkət olan “Akhundoff A” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Könül Axundovadır. Onu da qeyd edək ki, “Akhundoff A” MMC-nin 3 min 715 manat vergi borcu var.