10 C
Baku
Thursday, December 12, 2024

Bağlanan banka görə AMB barəsində apelyasiyaya müraciət edilib

2020-ci ilin mayında lisenziyası ləğv olunan “NBC Bank” ASC-yə görə Azərbaycan Mərkəzi Bankı barəsində (AMB) apelyasiyaya müraciət edilib.

Banker.az xəbər verir ki, AMB barəsində Bakı Apelyasiya Məhkəməsinə müraciət edən Əmanətlərin Sığortalanması Fondudur (ADIF). Bildiyimiz kimi, ADIF bağlanan bankın ləğvedicisir.

Fondun müraciətində bildirilir ki, Mərkəzi Banka qarşı mübahisənin səbəbi fiziki şəxs əmanətçilərinin bank hesabları ilə bağlıdır.

Bildirək ki, bankların bağlanmasından sonra fiziki şəxslərə əmanətlərin kompensasiya ödənişi ilə bağlı bloklanma olmuşdur. Qeyd edilirdi ki, həmin bloklanmanın səbəbi əmanətlərin bağlanan banklara icazə olmadan cəlb edilməsi olmuşdur. Lakin, ADİF bir müddət sonra  bunun bankın əmanətçisinin günahı olmadığını açıqlamışdı.

ADİF-in  əsas fəaliyyəti iştirakçı banklardan əmanətlərin sığortalanması üçün sığorta haqlarını toplamaq, qanuna uyğun olaraq Fondun pul vəsaitinin təhlükəsizliyini təmin etmək və bankda sığorta hadisəsi baş verdikdə qorunan əmanətçilərə sığortalanmış əmanətlərin ödənilməsini təmin etməkdir.

Son xəbərlər
Digər xəbərlər