6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın milli rabitə operatoru 555 min manata “outstaffing” xidməti aldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Aztelekom” MMC “Caspian Consalidated Services” Məhdud Məsuliyyətli Cəmiyyət ilə müqavilə imzalayıb.

Banker.az xəbər verir ki, müqavilədə “Aztelekom” MMC-nin tələbatına əsasən bir illik outstaffing (işçi heyətinin idarəedilməsi üsulu olmaqla, əlavə 3-də göstərilmiş işçiləri Sifarişçi Şirkətin sərəncamına verməklə xidmət göstərilməsini nəzərdə tutur) xidmətləri nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği 554 min 604 manatdır.

Xatırladaq ki, “Aztelekom” MMC-nin nizamnamə kapitalı  22 milyon 525 min 383 manatdır və qanuni təmsilçisi Suat Paşayevdir. Hazırda “Aztelekom” öz tabeliyində 57 yerli Telekommunikasiya müəssisəsi (Gəncə Telekommunikasiya İdarəsi daxil olmaqla), Beynəlxalq Avtomat Telefon Stansiyası (BATS) və Kabel Magistralları Texniki Qovşağını (KMTQ) birləşdirir.

Azərbaycan Respublikasının Milli rabitə operatoru olan Aztelekom fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif telekommunikasiya xidmətlərini göstərir.

Son xəbərlər
Digər xəbərlər