10 C
Baku
Wednesday, December 11, 2024

“OPEC+” əvvəlki aylarda neft hasilatını səmərəsiz azaldan ölkələrdən kompensasiya tələb etməyəcək

“OPEC+” sazişi çərçivəsində əvvəlki aylarda neft hasilatını səmərəsiz şəkildə azaldan ölkələrdən sentyabr ayından sonrakı təzminat cədvəlləri tələb edilməyəcək.

TASS-ın məlumata görə, eyni zamanda, istehsalı  səmərəsiz şəkildə azaldan ölkələrdən kompensasiyası üçün cədvəllərin verilməsinə dair heç bir tövsiyə yoxdur.

“Səmərəsiz istehsal azalmalarına görə kompensasiya cədvəllərinin verilməsinə dair heç bir tövsiyə yoxdur. “OPEC+”un əvvəlki iclasında nazirlər avqust ayında gündəlik 2,3 mln. barel həcmində olan razılaşdırılmış həddən çox hasilatın avqust-sentyabr aylarında tam kompensasiya ediləcəyini qəbul edib. Bunun üçün “OPEC+” ölkələri neft hasilatını gündəlik 8,85 mln. barel azaltmalı idi, lakin faktiki olaraq gündəlik azalma cəmi 7,8 mln. barel olub”, – deyə sənəddə bildirilir.

Qeyd edək ki, mənbələrə əsasən, “OPEC+” sazişi çərçivəsində öhdəliklərini sonadək yerinə yetirməyən ölkələr may ayından avqust ayınadək razılaşdırılmış gündəlik səviyyədən 2,375 mln. barel daha çox neft hasil edib.

Son xəbərlər
Digər xəbərlər