9 C
Baku
Thursday, December 12, 2024

İrana qarşı sanksiyalarının əhatə dairəsi genişləndirildi

ABŞ hökumətinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) İranın “Advanced Persistent Threat 39” (APT 39) kiber hücum qrupuna, “Rana İntelligence Computing Company” adlı qurama şirkətinə və onun 45 nəfər əməkdaşına sanksiya tətbiq edib.

OFAC-ın verdiyi açıqlamada “Rana” şirkəti uzun illərdir İran hökuməti tərəfindən iranlı disidentlərə və jurnalistlərə, həmçinin əcnəbi turizm şirkətlərinə, habelə xarici ölkələrin hökumətlərinə qarşı təzyiq vasitəsi olaraq istifadə edilir.

Şirkət 30-dan artıq ölkədə bir çox şirkəti və fərdi şəxsi hədəfə götürüb. Bu barədə OFAC ilə Federal Təhqiqatlar Bürosunun (FBİ) birgə apardığı araşdırmalar zamanı məlumatlar əldə edilib.

“APT 39” şirkəti isə İran Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin (“Ettelaat”) nəzarətində olub ölkənin özəl şirkətlərini və elmi mərkəzlərini, o cümlədən yerli və beynəlxalq fars dili və mədəniyyəti mərkəzlərini təqib edib.

Bununla yanaşı, OFAC terrorçu təşkilatlar siyahısında olan “Hizbullah” hərəkatı ilə bağlı olduqlarına görə Livanda yerləşən “Arch Consulting” və “Meamar Construction” şirkətlərinə, habelə “Hizbullah”ın İcraçı Şurasının üzvü Sultan Xəliffəh Əsədə qarşı da müvafiq sanksiyalar tətbiq edib.

Report

Son xəbərlər
Digər xəbərlər